
DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı dörd milyona çatıb.
“Report” xəbər verir ki, dörd milyonuncu vətəndaşa Bakının Xəzər rayon sakini Firuz Novruzova 2 saylı Bakı DOST Mərkəzində müraciətinə uyğun xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev Firuz Novruzovla görüşüb.
DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,6 faiz olduğu vurğulanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi yaradılıb. Ötən dövr ərzində 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə” prinsipi ilə operativ, şəffaf, müasir və innovativ əsasda təqdim olunmasına imkan yaradıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


