Bakı. Trend:
İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq
sürüşmələri nəticəsində azı 950 nəfər həlak olub, 274 nəfər isə
hələ də itkin şəxs kimi qeydiyyatda qalır.
Trend xəbər verir
ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə
Milli Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasında bildirilib ki, təbii fəlakət zamanı 5
minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Qeyd olunur ki,
əvvəlki məlumatlarda ölənlərin sayının 900 nəfəri keçdiyi
bildirilmişdi.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına
görə, fəlakətə noyabrın sonundan bölgədə davam edən güclü yağışlar
səbəb olub.
Daşqınlar yaşayış evlərinə, yollar və digər infrastruktur
obyektlərinə ciddi ziyan vurub, bu isə xilasedicilərin ən çox zərər
çəkmiş ərazilərə daxil olmasını çətinləşdirib.

