Avtomobildən 6500 manat oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış
binasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manat
pul oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq
saxlanılıb.




Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq
yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da
polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.