Nazir müavini: Azad edilmiş ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə stansiyalar yaradılır

Baş səhifə
Nazir müavini: Azad edilmiş ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə stansiyalar yaradılır

İşğaldan azad edilmiş ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə stansiyalar yaradılır.

“Report”un Şuşaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupunun rəhbəri Vüqar Kərimov bildirib.

“İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması çərçivəsində yerüstü su ehtiyatlarının qiymətləndirilməsi üçün 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilmişdir.”

V. Kərimov “Eyni zamanda, Zəngilan rayonu ərazisində Cahangirbəyli, Xurama qum-çınqıl yataqlarında, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlı qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib” – deyə qeyd edib.

MƏLUMAT YENİLƏNİR