
Bakı. Trend:
Ölkəmizə idxal olunan “Nitro Max” energetik içkilərində
qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən
təhlükəli maddə aşkarlanıb.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat
verilib.
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan
011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı
energetik içki məhsul partiyasından laborator sınaqların aparılması
üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim
edilib. Sınaq nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin
tərkibində istifadə olunan və qida məhsullarında qanunvericiliklə
qida məhsullarında istifadəsinə icazə verilməyən Sildenafil maddəsi
aşkar edilib.
Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem
xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti
olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək
ciddi fəsadlar törədə bilər.
Uyğunsuzluq müəyyən edilən məhsul partiyaları barəsində
qanunvericiliyə uyğun qərarlar qəbul olunub. Ümumi sayı 4800 ədəd
olan energetik içkil sahibkarın və Agentlik əməkdaşlarının iştirakı
ilə xüsusi poliqonda məhv edilib.

