Litva 2026-cı ildən məcburi hərbi xidməti bərpa edəcək

Baş səhifə

Bakı. Trend:

Litva 2026-cı ildən məcburi ilkin hərbi xidməti bərpa etməyi
planlaşdırır.

Trend xəbər verir
ki, məlumatı ölkənin Silahlı Qüvvələri yayıb.




Məlumatda qeyd olunub ki, çağırış 2026-cı ildə 2 yanvardan 31
dekabra qədər baş tutacaq və təxminən 5000 nəfərin hərbi xidmətə
çağırılması nəzərdə tutulub. Bu addım ölkənin müdafiə qabiliyyətini
gücləndirmək, kifayət qədər aktiv ehtiyat qüvvəsi saxlamaq və
gənclərə lazımi hərbi təlim keçmək imkanları yaratmaq məqsədini
daşıyır.

Qeyd olunur ki, daha əvvəl ölkə Seymi hərbi xidmət haqqında
qanuna dəyişikliklər edib. Yeniliyə əsasən, 18-22 yaş arası şəxslər
doqquz aylıq xidmətə çağırılacaqlar, könüllü xidmət etmək
istəyənlər isə 18-39 yaş arası hərbi xidmətə qoşula biləcəklər.