Konqresdə Trampı Ukraynanı daha fəal müdafiə etməyə çağırdılar

Baş səhifə

Bakı.Trend:

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekon ABŞ
prezidenti Donald Tramp administrasiyasını “mənəvi aydınlıq”
nümayiş etdirməyə və Ukraynanı daha fəal şəkildə müdafiə etməyə
çağırıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“İstərdim ki, prezident demokratiyaya can atan, bizim
müttəfiqimiz olmaq istəyən, azad və suveren bir ölkə olan
Ukraynanın daha fəal müdafiəçisi olsun və Putinin kim olduğunu daha
qəti şəkildə dərk etsin”, – deyə Bekon bildirib.

Eyni zamanda o ABŞ prezidenti və komandası tərəfindən belə bir
“mənəvi aydınlıq” görmədiyini vurğulayıb.