Bakı-Quba magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, “KIA” markalı minik avtomobili yolu keçən piyadanı vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlər səbəbi ilə hadisə yerindəcə keçinib
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

