Naxçıvanda yanacaqdoldurma məntəqəsində 71 yaşlı kişi ölüb – FOTO

Baş səhifə

Naxçıvanda yanacaqdoldurma məntəqəsində 71 yaşlı vəfat edib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən məntəqədə dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, E.Şahbazov ürək tutması nəticəsində dünyasını dəyişib.