Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib.
“Report” “Star”a istinadən xəbər verir ki, Dinar rayonunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

