
Bakı. Trend:
Tailandın cənub əyalətlərində daşqın qurbanlarının sayı 145
nəfərindən 162 nəfərə yüksəlib.
Trend xəbər verir
ki, bu barədə Tailandın Daşqınlarla Mübarizə Mərkəzi məlumat
yayıb.
Məlumata görə, ən çox insan itkisi Sonqhla əyalətində qeydə
alınıb (126 nəfər).
Leysan yağışların dayanmasından sonra son bir neçə sutka ərzində
təbii fəlakətdən zərər çəkmiş rayonlarda suyun səviyyəsi xeyli
aşağı düşüb ki, bu da zərərçəkənlərin təxliyə edilməsinə və
axtarış-xilasetmə əməliyyatlarının daha da fəallaşdırılmasına imkan
verib.

