Ağdamın Xıdırlı kəndinə növbəti qayıdış karvanı yola salınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına
uyğun olaraq Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç yola
salınıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə 13 ailə olmaqla 48
nəfər öz doğma yurduna qayıdır.




Yola salınan ailələr Ağdamın Dördyol adlanan ərazisindən Xıdırlı
kəndinə yola düşüb. Doğma vətənə qayıdan ayinlər bu günə qədər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.