Kapital bazarlarında növbəti yenilik – “PAŞA Kapital” ilə ilk zamanətli korporativ istiqrazlara investisiya fürsəti

Baş səhifə

Bakı. Trend:

“PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayterliyi ilə ölkədə
ilk dəfə olaraq zəmənatli korporativ istiqraz buraxılışına start
verilib.

Belə ki,10 ilə yaxındır ki, ölkənin avtomobil istehsalının
təşkili üzrə fəaliyyət göstərən “Azərmaş Group” MMC-yə məxsus 10
milyon manat dəyərində korporativ istiqrazlar İpoteka və Kredit
Zəmanət Fondunun (İKZF) zəmanəti əsasında ölkənin lider investisiya
şirkəti “PAŞA Kapital” tərəfindən investorlara təqdim olunur.
Ümumi sayı 10 000 ədəd olan zəmanətli istiqrazların əsas
xüsusiyyətləri:

  • Nominal dəyər: 1000 AZN;
  • Gəlirlilik faizi: İllik 13%;
  • Faiz ödənişi: Rüblük;
  • Tədavül müddəti: 3 il;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin
    edilməmiş.

Yerli kapital bazarında ilk dəfə olaraq buraxılan zəmanətli
korporativ investorlara uzunmüddətli etibarlı qazanc imkanı
yaradır.




İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi
şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən “PAŞA
Kapital” İnvestisiya Şirkətinin 1548 qısa nömrəli
Çağrı Mərkəzinə və ya
PAŞA Kapital Ticarət Platforması
vasitəsilə onlayn müraciət
edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.

“PAŞA Kapital” İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.