Bakı. Trend:
İndoneziyanın paytaxtı Cakarta 42 milyon nəfərlik əhalisi ilə
dünyada insanların ən sıx məskunlaşdığı şəhər adını alıb.
Trend xəbər verir
ki, “The Guardian” BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin
hesabatına istinadən məlumat yayıb.
Siyahıda ikinci yerdə 37 milyon əhalisi ilə Banqladeşin paytaxtı
Dəkkə, üçüncü yerdə isə 33 milyon nəfərlik Tokio qərarlaşıb.
Bildirilib ki, əhali sayının hesablanması üçün BMT müxtəlif
milli meyarlardan asılı olmayan, vahid demoqrafik və coğrafi-məkan
parametrlərinə əsaslanan yeni sistem tətbiq edib.

