
Bakı. Trend:
“Youtube”, “TikTok”, “İnstagram” və digər sosial şəbəkələrin
TDT-də nümayəndəliyinin yaradılması təkliflər arasındadır.
Trend xəbər
verir ki, bunu bu gün Qırğızıstanın Mədəniyyət, İnformasiya və
Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin
baş mütəxəssisi Zarina Kalmuratova Türk Dövlətləri Təşkilatının
Media Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal
informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar:
Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr
olunan panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, media savadlılığı hər zaman insanların həyatında
ön sırada olmalıdır:
“Media savadlılığı beynimizə həkk olunmalıdır. Bizim üçün əsas
məsələ o olmalıdır ki, məlumatı təqdim edilən kimi qəbul etməyək.
Boşuna deməyiblər ki, informasiya 21-ci əsrin neftidir. Biz nefti
necə emal ediriksə, informasiyaya da eyni şeyi tətbiq
etməliyik”.
Baş mütəxəssis əlavə edib ki, ölkəsində sosial mediaların rəsmi
nümayəndəlikləri yoxdur.
“Yaxşı onlardı ki, “Instagram”, “Facebook”, “Youtube”, “TikTok”un Türk Dövlətləri Təşkilatı çərçivəsində nümayəndəliyi
yaradılsın”, – deyə o qeyd edib.

