Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə yükdaşımaların həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə indiyədək 6 558
konteyner daşınıb.

Trend xəbər verir
ki, bunu bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq
Belozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən
83-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Dəhlizin Rusiya, Azərbaycan və İranın daxil olduğu qərb qolunda
konteyner daşımaları bu il artıb, konteyner isə nəqliyyat
dəhlizləri üzrə yük axınını formalaşdıran əsas yük hesab olunur və
onların sayı 1,6 dəfə artıb. Bu istiqamət üzrə 6 558 konteyner
daşınıb”, – deyə o bildirib.




O. Belozyorov qeyd edib ki, dəhlizin şərq qolunun da daha yüksək
artım nümayiş etdirməsinə baxmayaraq , mütləq rəqəmlərə gəldikdə
həcmlər hazırda təxminən 2 300 TEU təşkil edir.

“Bununla belə, burada inkişaf potensialı kifayət qədər böyükdür.
Biz anlayırıq ki, zaman keçdikcə texnologiyalar dəyişir və sistemin
bütün elementlərinin – infrastrukturun, daşımaların idarə
edilməsinin, həmçinin informasiya və sənəd mübadiləsinin effektiv
uzlaşdırılması son dərəcə vacibdir. Rusiya və Azərbaycan artıq
informasiya və sənədlərin rəqəmsal formada ötürülməsinə imkan verən
ikitərəfli sazişlər imzalayıblar. Bu isə kağız daşıyıcılar üzrə
sənəd dövriyyəsinin həcmini azaldır və yüklərin rəsmiləşdirilməsi
prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – o deyib.