Qətər Ermənistana yeni səfir təyin edib

Baş səhifə
Qətər Ermənistana yeni səfir təyin edib

Qətər əmiri şeyx Tamim bin Həməd Əl Tani ölkəsinin Ermənistanda yeni səfirini təyin edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, Qətər əmirinin fərmanı ilə Mansur Abdullah Sələm Saad Əl-Suleytin Ermənistana səfir təyin edilib.