
Bakı.Trend:
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında
Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”da
partlayış baş verib.
“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev jurnalistlərə
açıqlamasında bildirib ki, bir neçə gün əvvəl yol təmiri işləri
zamanı yaxınlıqdan keçən yerin altında magistral kəmər
zədələnib:
Səsləndirilən iddialarla bağlı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Trend-ə açıqlamasında
bildirib ki, “AFEN Plaza”da baş verən partlayışla bağlı ərazidə
AAYDA və digər aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.
“Ərazidəki partlayışla bağlı araşdırmanın nəticəsi ictimaiyyətə
açıqlanacaq. Hadisəyə səbəb kimi yol təmirinin göstərilməsi hazırkı
vaxtda sadəcə iddiadır”.
O bildirib ki, orda “Həsən Əliyev – Koroğlu” layihəsinin icrası
gedir.
“Ərazidə layihə üzrə podratçı şirkət müqavilə əsasında
çalışır”,-deyə Anar Nəcəfli əlavə edib.

