
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti təmizlik
aksiyası keçirilib.
Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin texnikası ilə əsas
küçə və prospektlər, yaşayış binaları bitki və canlılara ziyansız
yuyucu maddələrlə yuyulub.
İdarənin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki
kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, park və
istirahət yerlərində oturacaqların, idman qurğularının yuyulması
həyata keçirilib.
Magistral yol və prospektlərin kənarlarındakı ağaclara və
yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, suvarılamsı
təmin edilib. Genişmiqyaslı təmizlik aksiyası mütəmadi olaraq davam
etdiriləcək.

