Putin sabah Qırğızıstana səfər edəcək

Baş səhifə
Putin sabah Qırğızıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin noyabrın 25-27-də Qırğızıstana dövlət səfəri edəcək.

“Report”un məlumatına görə, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip bildirib.

Onun sözlərinə görə, səfər Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutacaq və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm hadisə olacaq.