Gürcüstanda C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəmizin qalıqlarının tədqiqini başa çatdıran qəza qrupumuz ölkəmizə qayıdıb. Qalıqların 2-ci Əsas Baxım Zavod Müdirliyimizə (Kayseri) təhvil verilməsi davam edir”, – məlumatda deyilir.

