Azərbaycanda yaşayış evləri bahalaşıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı
qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 100,7 faiz, o
cümlədən yerüstü tikililər üzrə 100,8 faiz, yol və körpü tikintisi
üzrə isə 100,3 faiz təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.




Məlumata əsasən, bu ilin II rübü ilə müqayisədə ilin III rübündə
yaşayış evləri üzrə qiymət indeksi isə 100,4 faizə bərabər
olub.

Eyni zamanda ötən ilin III rübü ilə müqayisədə bu ilin eyni
dövründə yaşayış evləri üzrə qiymət indeksi 101,2 faizə, 2024-cü
ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni aylarında
isə sözügedən sahə üzrə qiymət indeksi 101,1 faiz təşkil edib.