Bakı. Trend:
İspaniyanın Seuta şəhəri yaxınlığında baş verən hadisələr zamanı
11 miqrant ölüb.
Bu barədə Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, kütləvi miqrant axını zamanı bir nəfər uçurumdan
yıxılaraq həlak olub, daha 10 nəfər isə boğularaq həyatını
itirib.
Daha əvvəl İspaniya hökumətinin Seutadakı nümayəndəsi Migel
Anxel Peres bildirib ki, kütləvi miqrant keçidindən sonra anklavda
asayişin təmin edilməsi məqsədilə əraziyə təxminən 3 min
təhlükəsizlik əməkdaşı cəlb olunub.
“El País” qəzeti yazıb ki, Seutada yaranmış vəziyyət Avropada
miqrasiya böhranı fonunda siyasi fikir ayrılıqlarını daha da
dərinləşdirib.

