İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən neçə şəxsin məşğulluğu təmin edilib?

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən
sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.




Bildirilib ki, həmin sakinlərdən artıq 7027 şəxsin məşğulluğu
təmin edilib. O cümlədən 4836 nəfərin vakansiya üzrə işlə təminatı
həyata keçirilib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək
bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb.
1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir.

Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də
aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan
peşə hazırlığı kurslarına cəlb edilib.