Bu ilin doqquz ayı ərzində 441 qanunsuz tikili sökülüb – RƏSMİ

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində 686.9
hektar torpaq sahəsinin zəbt olunması aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə 39.18 ha zəbt edilən torpaq
sahələrində 2187 hal üzrə özbaşına tikinti işləri aparılıb. Bunun
1584-ü (62%) yaşayış (24.48 ha), 603-ü (38%) qeyri-yaşayış (14.7
ha) təyinatlı tikililərə aid olub.




Qeyd edilib ki, aşkar edilmiş zəbt halları ilə bağlı Əmlak
Məsələləri Dövlət Xidməti tərəfindən hüquq mühafizə orqanlarına,
Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra
hakimiyyəti orqanlarına müraciətlər ünvanlanıb.

“Görülmüş tədbirlər nəticəsində 214 cinayət işi qaldırılıb, 441
sayda qanunsuz tikililər sökülərək 28 ha və ya zəbt edilmiş
torpaqların 71%-in ilkin vəziyyətə qaytarılması təmin
edilib”,-qurumdan əlavə olunub.