NATO qırıcıları Estoniyada aşağı yüksəkliklərdə manevrlər həyata keçirəcək

Baş səhifə

Bakı. Trend:

NATO qırıcıları 17-23 noyabr tarixlərində Estoniya üzərində
silsilə təlim uçuşları həyata keçirəcəklər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, manevrlər yerli vaxtla 10:00-22:00 saatları
ərzində aşağı yüksəkliklərdə (yüksəkliyin yerdən 152 metrdən az
olmaması şərtilə) həyata keçiriləcək




Təlimlərdə qırıcılar Baltik respublikanın mülki aviasiya xidməti
ilə əlaqələndirilmiş şəkildə səs sürətini üstələyən uçuş manevrləri
yerinə yetirəcəklər.

Qeyd edək ki, Estoniyanın öz hərbi aviasiyası olmadığından onun
hava məkanına nəzarət NATO-dan olan müttəfiqləri tərəfindən həyata
keçirilir.