ABŞ 40 hava limanında uçuşların azaldılması qərarını ləğv edir

Baş səhifə

Bakı. Trend:

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bazar ertəsi yerli
vaxtla səhər saat 6-dan (Bakı vaxtı ilə 15:00) etibarən ölkə üzrə
40 əsas hava limanında tətbiq olunan uçuşların azaldılması qərarını
ləğv edəcək.

Trend-in
məlumatına görə, bununla aviaşirkətlər adi fəaliyyətlərini bərpa
edəcəklər.




FAA-nın açıqlamasında bildirilib ki, qərar təhlükəsizlik
sahəsində və hava hərəkətinin idarə olunması üzrə işçi çatışmazlığı
tendensiyası ilə bağlı aparılan geniş araşdırmadan sonra qəbul
edilib.

Xatırladaq ki, uçuşların azaldılması şatdaunla əlaqədar noyabrın
7-dən qüvvədə idi.