Bakı. Trend:
Cənubi Koreyada 13 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən
ciddi yol qəzasında ən azı iki nəfər həlak olub, dörd nəfər
yaralanıb.
Trend-in Yonhap
agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yanacaq çəni
daşıyan yük maşınının qarşısındakı digər yük maşını ilə toqquşması
nəticəsində başlayıb.
İlkin toqquşmadan sonra qəza zəncirvari hal alıb: 14 tonluq
başqa bir yük maşını yanacaq çəni ilə çırpılıb, daha sonra avtobus
da daxil olmaqla yeddi nəqliyyat vasitəsi ard-arda qəzaya düşüb.
Avtobusda 20 sərnişin olsa da, onlardan heç biri xəsarət
almayıb.
Həlak olanlar arasında qarşı zolaqda hərəkət edən minik
avtomobilinin sürücüsü, həmçinin qəzaya qarışan yeddi nəqliyyat
vasitəsindən birini idarə edən kiçik yük maşınının sürücüsü
olub.
Toqquşma nəticəsində yük maşını da daxil olmaqla üç nəqliyyat
vasitəsi yanaraq sıradan çıxıb.

