Bakı. Trend:
Azərbaycan Respublikasının İlk Elektron Platforması olan
AzEns.org.az saytı tamamilə yenilənmiş dizayn və funksionallıqla
ictimaiyyətə təqdim olunur.
Qeyd edək ki, bu ensiklopedik platformanın əsası hələ 2012-ci
ildə YAP Gənclər Təşkilatı tərəfindən qoyulmuşdur.
Təsis edildiyi vaxtdan bəri AzEns.org.az, dəfələrlə dövlət
tərəfindən qrantlarla mükafatlandırılmış və etibarlı məlumat bazası
kimi özünü doğrultmuşdur.
Saytda yer alan məlumatlar xarici dillərdən tərcümə edilmiş və
arxiv materialları əsasında araşdırılmışdır.. AzEns.org.az bu günə
qədər bir çox televiziya proqramları, məqalələr və “Vikipediya”da
mənbə olaraq istifadə edilir.
Platformanın yaradıcısı və layihə rəhbəri Jalə Orucova bildirir
ki, istənilən şəxs platformada könüllü olaraq iştirak edə bilər, öz
yazıları və ya tərcümələrini yerləşdirə bilər. Bu, AzEns.org.az-ın
məzmununu daha da zənginləşdirməyə və ictimai iştirakçılığı təmin
etməyə xidmət edir.

