
Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri
başlayıb.
Trend xəbər verir
ki, ilk yarış günündə Azərbaycan millisinin bir idmançısı fəxri
kürsüyə yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Allahyarov üçüncü
yer uğrunda qarşılaşmada italiyalı Byaco Di Ancelonu ipponla məğlub
edərək bürünc medal qazanıb. Bu nəticə 22 yaşlı cüdoçunun Dünya
Cüdo Turunda ilk mükafatı kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil
olunur.

