ABŞ 80 ukraynalını deportasiya edəcək – Ukraynalı səfir

Baş səhifə

Bakı.Trend:

ABŞ hakimiyyəti Amerika qanunvericiliyini pozmuş təxminən 80
ukraynalının Ukraynaya deportasiya etməyə hazırlaşır.

Trend xəbər verir
ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olha Stefanışina yerli
mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirliyə ABŞ qanunvericiliyinin pozulması
ilə əlaqədar barələrində deportasiya barədə yekun qərar çıxarılmış
“təxminən 80 Ukrayna vətəndaşı” barədə məlumat daxil olub.




O əlavə edib ki, ABŞ hakimiyyəti hazırda Ukrayna ilə birbaşa
beynəlxalq hava əlaqəsinin olmamasını nəzərə alaraq deportasiyanın
həyata keçirilməsi üçün logistika məsələlərini müzakirə edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə miqrasiya
siyasətinin sərtləşdirilməsi tərəfdarı olduğunu bildirib. O, ABŞ
tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük
əməliyyatı həyata keçirmək niyyətində olduğunu vurğulamışdı.