Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə nəqletmə azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi
Qafqaz boru kəməri ilə 18,832 milyard kubmetr qaz ötürülüb.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.




Məlumata görə, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri
ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 304,9 milyon
kubmetr və ya 1,6% azalıb.

Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 32,832
milyard kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə
nisbətən 0,4 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 57,4 faizi
BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata
keçirilib.