Rusiyada “Su-30” qırıcı təyyarəsi qəzaya uğrayıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kareliya Respublikasında təlim uçuşu zamanı “Su-30”
qırıcı təyyarəsi qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat
verilib.

Nazirlik bildirib ki, nəticədə təyyarənin heyət üzvləri həlak
olub.




Qeyd edilib ki, təyyarə yaşayış olmayan ərazidə qəzaya
uğrayıb.

Kareliya Respublikasının rəhbəri Artur Parfençikovun sözlərinə
görə, təcili yardım xidmətləri respublikanın Prionej rayonunda
hərbi təyyarənin qəzaya uğradığı yerə gəliblər.