Avropa Komissiyası “Google” şirkətinə qarşı araşdırmaya başlayıb

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası (AK) Amerikanın texnologiya nəhəngi “Google”
şirkətinə qarşı araşdırmaya başlayıb.

Trend xəbər verir
ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat
yayıb.

“Google” şirkəti öz axtarış mühərrikində kommersiya məqsədləri
üçün alqoritmlərlə manipulyasiya etməkdə ittiham olunur.




Avropa Komissiyası bildirib ki, onun ixtiyarında olan sübutlara
görə, “Google” axtarış nəticələrində media saytlarının və digər
media resurslarının adlarını süni şəkildə aşağı pillələrə
endirir.

Söhbət “Google” ilə tərəfdaş olmayan şirkətlərə məxsus
“kommersiya məzmunu” olan resurslardan gedir.