“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanında bu ilin 10 ayı ərzində 7 milyon tona yaxın yük aşırılıb.
Bu barədə “Report” ADY-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.
Həmçinin bildirilib ki, analoji dövrdə limanda aşırılmış 86 min TEU yük həcmi ötən ilin eyni dövrünün göstəricisini 38 %-dən çox üstələyib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

