Bir sıra bazarlarda xəstə heyvanlar üçün xüsusi izolyator sahəsi yaradılır – AQTA

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında
aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud
infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik
şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq
tapşırıqlar verilib.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, hazırda bazar rəhbərlikləri Agentliyin təqdim
etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata
keçirir.

Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan
bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır,
xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi
izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır,
heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı,
üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri
görülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən
kənarlaşdırılır.




Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət
olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara
metodiki dəstək göstərilir.

Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji
stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb.
Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra
bazarların fəaliyyətinə yenidən icazə veriləcək.

Heyvan bazarlarında görülən işlərə dair videolink: https://youtu.be/gZEHsm85E2c