Bakı. Trend:
Loqopedin peşəkarlığı onun təhsili, nitqi, diaqnostika müdaxilə
bacarıqları və müraciət olunan şəxsin idarə etmə bacarıqları ilə
müəyyən edilə bilər.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi
Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib.
Onun sözlərinə görə, loqopediyaya aid müvafiq ali təhsil,
müntəzəm peşəkar inkişaf və sertifikatlar onların peşəkar
əsaslarını təsdiqləyir:
“Loqopedin nitqi müraciət olunan şəxslər üçün nümunəvi
olmalıdır. Müasir valideynlər informasiya çoxluğuna, sosial
şəbəkələrə açıqdırlar. Loqopedə müraciət zamanı verdikləri
sualların cavabını, övladlarına ilkin müayinə zamanı peşəkarlığı
nəzərə almalıdırlar. Loqopedlər korreksiya işləri zamanı fərdi
yanaşma prinsipini üzərindən çalışmalıdırlar. Mütəxəssis
şablonlardan istifadə etməməli, istifadə etdiyi metodları konkret
loqopada (nitq əlliliyi olan şəxs) uyğunlaşdıraraq korreksiya
işlərini aparmalıdır”.
A.Ələkbərova qeyd edib ki, nitq əlliliyi olan uşaqlar kompleksli
iş nitq qüsurunun mürəkkəbliyindən asılıdır:
“Əgər loqopadda mürəkkəb nitq qüsurları müşahidə olunarsa,
(rinolaliya, dizartriya, alaliya, afaziya, kəkələmə və s) ilk öncə
idman məşğələləri, sonra isə ehtiyac olunan psixo-pedaqoji iş,
sensor terapiya, psixoloji seansları aparıla bilər.
Unutmamalıyıq ki, müraciət olun şəxsin potensial imkanları, yaşı,
mövcud ilkin xəstəliyi nəzərə alınmalı və ona uyğun inkişaf
etdirici fərdi və ya qrup seansları aparılmalıdır”.

