Əhmədlidə baş verən sürüşmə hadisəsi ilə bağlı araşdırma və monitorinqlər aparılır

Baş səhifə

Bakı.Trend:

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə
hadisəsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Geoloji Kəşfiyyat
Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.




O, qeyd edib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş
verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda
hadisə yerindədir.

“Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə
məlumat veriləcək”.