Çində Huntsi körpüsünün bir hissəsi uçub

Baş səhifə

Bakı. Trend:

Çinin cənub-qərbindəki Sıçuan əyalətində strateji əhəmiyyətə
malik, ölkənin mərkəzi bölgələrini Tibet Muxtar Rayonu ilə
birləşdirən milli magistralda yerləşən Huntsi körpüsünün bir
hissəsi uçub.

Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb. Hadisə nəticəsində heç kim
xəsarət almayıb.

Qeyd olunub ki, ətraf yamaclarda və yol örtüyündə çatlar, eləcə
də dağ massivində sürüşmələr aşkar olunduqdan sonra 758 metrlik
körpüdə hərəkət bir gün əvvəl dayandırılıb.




Bu gün sürüşmə fəaliyyətinin artması sel axınlarına səbəb olub
və nəticədə giriş estakadası və yol örtüyünün bir hissəsi
dağılıb.

Xatırladaq ki, körpünün tikintisi bu il başa çatdırılmışdı.