
Bakı. Trend:
Azərbaycandan ölkəmizə qayıdan Türkiyə hərbi yük təyyarəsinin
Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirləri
Türkiyə tərəfindən Gürcüstan tərəfi ilə birlikdə yaxından
izlənir.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial
şəbəkəsində məlumat verib.
O bildirib: “Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və
yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun.”
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı
Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi
olub.

