
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp “Binance” kriptovalyuta birjasının
keçmiş baş direktoru Çanqpen Çjaonun əfv edilməsi haqqında fərman
imzalayıb.
Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər
verib.
Əfv fərmanı oktyabrın 22-də ABŞ prezidenti tərəfindən imzalanıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp “kriptovalyuta ilə müharibə çərçivəsində Bayden administrasiyası
tərəfindən mühakimə olunan Çjaonu əfv etməklə öz konstitusiya
səlahiyyətlərini həyata keçirib”.
“Bayden administrasiyasının kriptovalyutalarla mübarizəsi başa
çatıb”, – deyə K.Livitt qeyd edib.

