
Bakı. Trend:
“Fənərbaxça” Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda
“Viktoriya” ilə (0:0) oyununun hakimi Allard Lindhoutla ilə bağlı
UEFA-ya rəsmi şikayət edib.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.
Müraciətdə hakimin oyun boyunca idarəçilik tərzinin və onun səhv
qərarlarının matçın nəticəsinə birbaşa təsir etdiyi bildirilib.
UEFA-dan bunu nəzərə alaraq, hadisələri lazımi ciddiyyətlə və
təcili şəkildə araşdırması xahiş edilib.

