
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, qəza rayonun Rəhimli kəndində qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü F.Məmmədov idarə etdiyi avtomobili yolun kənarına aşırdıb.
Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

