Bakı. Trend:
Paris Apellyasiya Məhkəməsində dinləmə zamanı prokurorluğun
nümayəndəsi sabiq Fransa prezidenti Nikola Sarkozini məhkəmə
nəzarəti altında azad etmək təklifi ilə çıxış edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, sentyabr ayında məhkəmə Sarkozini 2007-ci il seçki
kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz
maliyyələşdirilməsində günahkar bilib və ona 5 il azadlıqdan
məhrumetmə cəzası verib.
Bundan əlavə, məhkəmə sabiq prezidentə 100 min avro cərimə kəsib
və beş il müddətinə dövlət vəzifələrində işləməsini qadağan
edib.

