Filippində baş verən super tayfun iki nəfərin ölümünə səbəb olub.

Baş səhifə

Bakı. Trend:

Filippində “Funq Vonq” super tayfunu səbəbindən baş verən
daşqınlar səbəbindən ən azı iki nəfər ölüb, 1 milyondan çox insan
təxliyə edilib.

Trend-in
məlumatına görə, bu barədə “ABS-CBN News” televiziya kanalı xəbər
verib.




Məlumata əsasən, meteoroloqlar Filippinin demək olar ki, bütün
ərazisində güclü külək və leysan yağışların olacağını
proqnozlaşdırırlar. Küləyin sürətinin 64 m/s-ə qədər artacağı
gözlənilir. Hava şəraiti ilə əlaqədar 300-dən çox daxili və
beynəlxalq uçuş təxirə salınıb.

Filippin Mülki Müdafiə Agentliyi daha əvvəl “Kalmaeqi”
tayfununun Filippinin mərkəzi bölgələrinə təsir etməsi nəticəsində
ölənlərin sayının 224-ə çatdığını, 109 nəfərin isə itkin düşdüyünü
bildirib.