Bakı. Trend:
Macarıstan və ABŞ arasında atom enerjisi sahəsində əməkdaşlıq
barədə saziş imzalanacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə Budapeşt Vaşinqtondan
nüvə yanacağı idxal edəcək.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun
sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə atom enerjisi
sahəsində əməkdaşlığa dair mühüm hökumətlərarası saziş
imzalayacaqlar.
Sazişin bu gün Vaşinqtonda iki ölkə liderinin görüşü zamanı
imzalanacağı gözlənilir.

