Kobaxidze: Bakı və İrəvan arasında sülh sazişi region ölkələrinin siyasi mövqeyini gücləndirəcək

Baş səhifə
Kobaxidze: Bakı və İrəvan arasında sülh sazişi region ölkələrinin siyasi mövqeyini gücləndirəcək

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhə töhfə verəcək ki, bu da region ölkələrinin siyasi mövqeyinin gücləndirilməsi üçün son dərəcə vacibdir.

“Report”un Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri İrakli Kobaxidze “TRT World” telekanalına müsahibəsində bildirib.