Berlində “Bir arzum vardı” adlı konsert keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində 28 May – Müstəqillik Gününə həsr
olunan “Bir arzum vardı” (I Had A Dream) adlı konsert
keçirilib.

Trend xəbər
verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin və Berlin Senatının Mədəniyyət və Sosial
Həmrəylik Departamentinin dəstəyi ilə baş tutub.

Konsertin proqramına görkəmli Azərbaycan bəstəkarı Fikrət
Əmirovun “Şur” simfonik muğamı, Renessans dövrü ingilis bəstəkarı
Con Doulendin “Yeddi göz yaşı” kompozisiyası və dahi şairimiz
Məhəmməd Füzulinin poeziyasından seçilmiş nümunələr daxil
edilib.

Konsertin əsas ideyası Məhəmməd Füzuli və Con Daulend
yaradıcılığında sevginin həm həyatın mənası, həm də iztirab kimi
təqdim edilməsinə əsaslanıb. Məhəmməd Füzulinin “Leyli və Məcnun”
əsərindəki fəlsəfi yanaşma ilə Con Daulendin şəxsi böhran və
duyğularının inikası olan musiqisi arasında paralellik böyük
peşəkarlıqla nümayiş etdirilib.
Almaniyada məskunlaşan azərbaycanlı musiqiçi, “Bir arzum vardı”
layihəsinin təşkilatçısı Tural İsmayılovun rəhbərlik etdiyi “Anima
Şirvani” və “Oltremontano Antverpen” ansambllarının Qərb ilə Şərq
musiqi ənənələrinin sintezindən ibarət konsert izləyicilərə
unudulmaz anlar yaşadıb.