Azərbaycan banklarının bayram günlərində iş qrafiki açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin 8-11 noyabr tarixlərinə təsadüf edən qeyri-iş günlərində
bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə
valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan
turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə
davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15
bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi
24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta
mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi
müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:





Banklar


“Azərpoçt MMC


Valyuta mübadilə məntəqələri