
Bakı. Trend:
COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem
şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə
əsasən, faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə
xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə
alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana
günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

